...

Karantin qaydalarını pozaraq çimərliyə gedənlər cəzalandırılıb (FOTO)

Hadisə Materials 14 İyun 2020 22:25 (UTC +04:00)
Karantin qaydalarını pozaraq çimərliyə gedənlər cəzalandırılıb (FOTO)

Bakı. Trend:

İyunun 14-də tətbiq edilən karantin qaydalarını pozaraq çimərliyə gedənlər saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Qaradağ rayonu Səngəçal qəsəbəsində sərt karantin qaydalarını pozaraq çimərliyə gedən 8 nəfər müəyyən edilib.

Qaradağ Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həmin şəxslər saxlanılıb və onlar İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə cəzalandırılıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti