...

Ağsu aşırımında baş verən yanğın söndürüldü

Hadisə Materials 17 İyun 2020 11:57 (UTC +04:00)
Ağsu aşırımında baş verən yanğın söndürüldü

Bakı. Trend:

Ağsu aşırımında baş verən yanğın söndürülüb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Ağsu rayonunda Ağsu aşırımı adlanan ərazidə baş verən yanğın söndürülüb.

Qeyd edək ki, yanğın ötən gün başlayıb. Yanğının söndürülməsi üçün Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri, Aviasiya dəstəsinin 2 ədəd helikopteri cəlb olunub. Yanğın nəticəsində 3 hektarlıq ərazidə quru ot və kol kos yanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti