...

Bakıda karantini pozan kafenin icarədarı və müştəriləri cərimələndi (FOTO)

Hadisə Materials 4 İyul 2020 09:53 (UTC +04:00)

Bakı. Samir Əli - Trend:

Paytaxtın Xətai rayonunda rayonunda sərtləşdirilmiş xüsusi karantin rejim qaydlarına əməl etməyən, mövcud preventiv tədbirlərin şərtlərinin pozulması ilə müşayiət olunan kafe aşkarlanıb.

Trend-in məlumatına görə, Xətai RPİ və 37-ci PŞ əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə Nobel prospektində “Günəş” kafesinin icarədarı və müştəriləri inzibati məsuliyyətə cəlb olunublar.

Ümumilikdə 5 nəfər saxlanılaraq barələrində qanunvericiliyə uyğun tədbirlər görülüb. İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə uyğun olaraq, kafenin icarədarı 2000 manat, digərləri 200 manat cərimə olunublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti