...

Bakıda moped ağaca çırpılıb: Bir ölü, 1 yaralı var

Hadisə Materials 6 İyul 2020 19:48 (UTC +04:00)
Bakıda moped ağaca çırpılıb: Bir ölü, 1 yaralı var

Bakı. Trend:

Nəsimi rayonu ərazisində yol-nəqliyyat hadisəsi olub.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, iyulun 5-də saat 19 radələrində Nəsimi rayonu ərazisində Göyçay rayon sakini İbrahim Cəfərov idarə etdiyi mopedi ağaca vurub və idarəetməni itirdiyindən moped yolu keçən Abşeron rayon sakini E.Əsəgərova dəyib. Nəticədə sürücü hadisə yerində ölüb, piyadaya xəstəxanada ilkin tibbi yardım göstərilib.

Nəsimi RPİ tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti