...

DGK bu qaçaqmalçıları axtarır (FOTO/VİDEO)

Hadisə Materials 27 İyul 2020 13:37 (UTC +04:00)
DGK bu qaçaqmalçıları axtarır (FOTO/VİDEO)

Bakı. Trend:

Gömrük orqanlarının əsas fəaliyyət istiqamətlərindən biri də qaçaqmalçılıq
hallarının qarşısının alınması, xarici ticarət fəaliyyətinin mövcud qanunvericiliyin
tələblərinə uyğun şəkildə həyata keçirilməsinə nəzarətdir.

Dövlət Gömrük Komitəsi Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən Trend-ə verilən məlumata görə, gömrük orqanları tərəfindən xarici ticarət fəaliyyəti zamanı aşkarlanan qanun pozuntuları hərtərəfli şəkildə araşdırılır, gömrük sahəsində hüquqpozmalara yol verənlər məsuliyyətə cəlb olunur və bu barədə ictimaiyyət mütəmadi olaraq məlumatlandırılır.

Bu istiqamətdə həyata keçirilən tədbirlər çərçivəsində hələlik adları istintaqa
məlum olmayan, aşağıdakı video və fotoda gördüyünüz şəxslərin gömrük
qanunvericiliyinin tələblərini ciddi şəkildə pozduğu müəyyən edilib, lakin onlar
məsuliyyətdən yayınmağa müvəffəq olublar. Həmin şəxsləri tanıyanların Dövlət
Gömrük Komitəsinə məxsus aşağıdakı telefon nömrələrinə zəng edərək məlumat
vermələrini xahiş edirik.

012-404-22-00 daxili (55-44)
Mob: 070-225-45-44

Məqalədə:
Xəbər lenti

Xəbər lenti