...

Gömrükçülər beşbarmaq, dərman və külli miqdarda siqaret müsadirə etdilər (FOTO)

Hadisə Materials 31 Avqust 2020 14:42 (UTC +04:00)
Gömrükçülər beşbarmaq, dərman və külli miqdarda siqaret müsadirə etdilər (FOTO)

Bakı. Trend:

Qərb Ərazi Baş Gömrük İdarəsinin əməkdaşları 5 fakt üzrə dərman preparatları, siqaretlər, avtomobil ehtiyat hissəsi və soyuq silahın qanunsuz yolla ölkə ərazisinə gətirilməsinin qarşısını alıblar.

Dövlət Gömrük Komitəsindən Trend-ə məlumta görə, belə ki, idarənin "Qırmızı Körpü" gömrük postunda Gürcüstan istiqamətindən gələn, 2 ədəd "DAF", 2 ədəd "Mercedes-Benz" və "Ford F-max" markalı yük nəqliyyat vasitələri saxlanılıb.

Gömrük baxışı zamanı nəqliyyat vasitələrində gömrük nəzarətindən gizlədilən, 1 ədəd beşbarmaq, 36 qutu dərman preparatı, 1 ədəd avtomobil ehtiyat hissəsi, ümumilikdə 1400 ədəd "Marlboro" markalı siqaret aşkarlanıb.

Faktlarla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti