...

Şamaxıda evə basqın edib yaşlı ər-arvadı döyən dəstə yaxalandı

Hadisə Materials 2 Sentyabr 2020 15:25 (UTC +04:00)
Şamaxıda evə basqın edib yaşlı ər-arvadı döyən dəstə yaxalandı

Bakı. Samir Əli -Trend:

Şamaxıda evə basqın edərək yaşlı ər-arvada xəsarət yetirərək quldurluq edən dəstə zərərsizləşdirilib.

Trend-in məlumatına görə, hadisə avqustun 24-də Şamaxı şəhərinin H.Cilddi küçəsində baş verib.

Naməlum şəxslər həmin küçədəki 11 saylı evə basqın edərək ev sahibi Polad Niyazov və onun həyat yoldaşı Zərifə Niyazovaya zor tətbiq edərək evdəki pul və qiymətli əşyaları tələb ediblər. Evdə qiymətli əşya tapa bilməyən həmin şəxslər mənzildə olan 2 ədəd mobil telefon və 17 manat pulu oğurlayraq hadisə yerindən qaçıblar.

Faktla bağlı Şamaxı rayon prokurorluğunda cinayət işi başlanıb. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Elxan Heybətov, Pərvin Həmidov və Valeh Pənahov saxlanılıblar.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti