...

Xaçmazda meyvə tingləri yanıb

Hadisə Materials 22 Sentyabr 2020 09:09 (UTC +04:00)
Xaçmazda meyvə tingləri yanıb

Bakı. Trend:

Xaçmaz rayonunun Çinartala kəndində bağ ərazisində 1,5 ha sahədə kol-kos, quru ot və 100 ədəd meyvə tingi qismən yanıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, yaxınlıqdakı meşə zolağı yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti