...

Bakıda restoranda yanğın olub

Hadisə Materials 25 Sentyabr 2020 00:12 (UTC +04:00)

Bakı. Trend:

Bakı şəhərinin Nərimanov rayonunda dördmərtəbəli yaşayış binasının zirzəmisində yerləşən ümumi sahəsi 100 m² olan restoranın bacasında yağ qalıqları yanıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, yüksək temperaturdan mətbəxin lambirindən ibarət tavanı 6 m² sahədə əriyib. Restoranın qalan hissəsi və tutumu 50 l olan 1 ədəd məişət qaz balonu yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti