...

Bakıda yaşayış binasında yanğın olub, sakinlər təxliyə edilib

Hadisə Materials 29 Sentyabr 2020 12:11 (UTC +04:00)

Bakı. Trend:

Bakı şəhərinin Xətai rayonunda doqquzmərtəbəli yaşayış binasının üçüncü mərtəbəsində ümumi sahəsi 45 kv.m olan mənzilin 1 otağının yanar konstruksiyaları 15 kv.m sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, yüksək temperaturdan binanın dördüncü mərtəbəsində olan mənzilin pəncərə çərçivəsi qismən əriyib.

Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 2-si azyaşlı olmaqla 7 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub. Hər iki mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti