...

Şabranda koronavirusla bağlı reyd keçirilib (FOTO)

Hadisə Materials 6 Noyabr 2020 10:16 (UTC +04:00)
Şabranda koronavirusla bağlı reyd keçirilib (FOTO)

Bakı. Samir Əli - Trend:

Şabran Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınmasına məqsədilə maarifləndrici reyd keçirilib.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Trend-ə verilən məlumata görə, reyd əsasən rayon ərazisində xidmət göstərən ticarət mərkəzlərində və digər qapalı obyektlərdə, eləcə də ictimai nəqliyyatda baş tutub. Şöbə əməkdaşları tərəfindən sakinlərə pandemiya ərəfəsində həyata keçirilən tədbirlər barəsində geniş məlumatlar verilib, onlarla maarifləndirici söhbətlər aparılıb.

Vətəndaşlara tibbi maskadan istifadənin və sosial məsafənin gözlənilməsinin vacibliyini diqqətə çatdıran polislər, qaydaları kobud şəkildə pozan şəxslər barəsində inzibati qaydada tədbirlər görüblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti