...

Tərtərdə ev yanıb, xəsarət alanlar var

Hadisə Materials 10 Dekabr 2020 16:35 (UTC +04:00)

Bakı. Samir Əli - Trend:

Tərtərdə ikiotaqlı ev yanıb.

Trend Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, rayonunun Evoğlu kəndində ferma ərazisində ümumi sahəsi 64 m² olan birmərtəbəli 2 otaqlı yaşayış üçün istifadə olunan tikilinin yanar konstruksiyaları yanıb. Yanğın zamanı yanıq xəsarətləri almış 3 nəfər Təcili və Təxirəsalınmaz Tibbi Yardım tərəfindən xəstəxanaya aparılıb.

Yaxınlıqdakı ferma yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti