...

Qusarda qanunsuz fəaliyyət göstərən oyun zalı aşkarlandı, 7 nəfər saxlanıldı

Hadisə Materials 16 Dekabr 2020 14:56 (UTC +04:00)
Qusarda qanunsuz fəaliyyət göstərən oyun zalı aşkarlandı, 7 nəfər saxlanıldı

Bakı. Samir Əli - Trend:

Qusar rayonunda karantin qaydalarını pozan daha bir obyekt aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Trend-ə verilən məlumata görə, Qusar Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində xidmət aparan zaman karantin qaydalarını pozaraq fəaliyyət göstərən oyun zalı aşkarlayıblar. Obyektə baxış zamanı 7 nəfər müştərinin xüsusi karantin qaydalarını pozaraq oyun zalında olduqları aşkar edilib. Obyektin sahibi Yarəhməd Pənahov və müştərilər saxlanılaraq RPŞ-nə gətiriliblər.

Xüsusi karantin qaydalarını pozan obyekt sahibi və müştərilər İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə cərimə olunublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti