...

Şəmkirdə iki minik avtomobili toqquşub, ölən var

Hadisə Materials 29 Dekabr 2020 01:46 (UTC +04:00)
Şəmkirdə iki minik avtomobili toqquşub, ölən var

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Şəmkir rayonunun Könüllü kəndi ərazisində “VAZ” markalı minik avtomobili və “Mercedes” markalı yanacaqdaşıyan avtomobili toqquşub.

Nazirlikdən Trend-ə verilən məlumata görə, hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sürücü 1994-cü il təvəllüdlü Həsənov Murad Arif oğlunun meyitini deformasiyaya uğrayan minik avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti