...

Narkotik alveri ilə məşğul olan dəstədən külli miqdarda heroin götürüldü

Hadisə Materials 6 Yanvar 2021 11:17 (UTC +04:00)
Narkotik alveri ilə məşğul olan dəstədən külli miqdarda heroin götürüldü

Bakı. Samir ƏIi - Trend:

Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini A.Bəşirov paytaxtın Nəsimi rayonu ərazisində saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidməıtindən Trend-ə verilən məlumata görə, şəxsi axtarış zamanı ondan 7 qramdan artıq heroin və metamfetamin aşkar edilib.

Əməliyyat-axtarış tədbirləri ilə onun yaşadığı mənzilə baxış zamanı oradan əlavə 5 kiloqram 385 qram heroin və 414 qram metamfetamin götürülüb.

Davam etdirilən tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən qrupun digər üzvü - Abşeron rayon sakini L.Abuzərova da polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılmışdır. Ondan narkotik vasitələrin satışından əldə olunmuş pulların yükləndiyi bankomat kartı götürülmüşdür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti