...

Keçmiş məhkum narkotiklə yaxalandı (FOTO)

Hadisə Materials 9 Yanvar 2021 09:22 (UTC +04:00)
Keçmiş məhkum narkotiklə yaxalandı (FOTO)

Bakı. Samir Əli - Trend:

Xızı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisində narkotik vasitələrin dövriyyəsində şübhəli bilinən şəxs saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan Trend-ə verilən məlumata görə, RPŞ-nin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayonun Giləzi qəsəbə sakini, əvvəllər məhkum olunmuş Mahir Kərimov qəsəbə ərazisində saxlanılıb.

Hal şahidlərinin iştirakı ilə onun üzərinə keçirilən baxış zamanı, M.Kərimovdan sellofan torbada təmiz çəkisi 480 qram olan qurudulmuş marixuana aşkar olunaraq götürülüb.

Dindirilmə zamanı M.Kərimov narkotik vasitənin ona məxsus olduğunu etiraf edib.
Qeyd olunan faktla bağlı Xızı RPŞ-də araşdırmalar aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti