Bakı. Samir Əli - Trend:
Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz olaraq əldə etməkdə şübhəli bilinən şəxsin aşkar edilərək məsuliyyətə cəlb olunması istiqamətində uğurlu əməliyyat tədbiri həyata keçirilib.
DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan Trend-ə bildirilir ki, daxil olmuş məlumat əsasında Sabirabad RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Bulduq kənd sakini Səxavət Əliyev şübhəli şəxs qismində saxlanılıb. Onun kənd ərazisində qohumuna məxsus yaşayış olmayan evdə narkotik vasitələri gizlətdiyi müəyyən edilib. Həmin evə baxış keçirilən zaman müxtəlif çəkilərdə qablaşdırdığı ümumi çəkisi 3 kiloqramdan artıq qurudulmuş marixuana aşkar edilərək götürülüb. Dindirilmə zamanı S. Əliyev törətdiyi cinayət əməlini etiraf edib.
Faktla bağlı Sabirabad RPŞ-də araşdırmalar davam etdirlir.