...

Bakıda karantin qaydalarını pozan 2 kafe aşkarlandı, 26 nəfər saxlanıldı (FOTO/VİDEO)

Hadisə Materials 15 Yanvar 2021 12:54 (UTC +04:00)
Bakıda karantin qaydalarını pozan 2 kafe aşkarlandı, 26 nəfər saxlanıldı (FOTO/VİDEO)

Bakı. Samir Əli - Trend:

Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları xidmət zamanı Yeni Günəşli qəsəbəsində "Azad" və "Çinar"adlı kafelərdə müştərilərə yerində xidmət göstərildiyini və karantin rejiminə əməl edilmədiyini aşkarlayıblar.

DİN Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, obyektlərin fəaliyyəti dərhal polislər tərəfindən dayandırılıb. Ora baxış zamanı "Azad" kafesinin icarədarı Şərafət Hacıev və "Çinar" kafesinin sahibi Tural Mirzəyev saxlanılaraq 33-cü Polis Bölməsinə gətiriliblər.Onlar barəsində qanunla nəzərdə tutulan qaydada inzibati protokollar tərtib edilib.

Həmçinin hər iki kafedə olan ümumilikdə 26 nəfər müştəri barəsində inzibati qaydada tədbirlər görülərək hər biri cərimə edilib və həmin şəxslərlə profilaktik söhbətlər aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti