...

İsmayıllıda yol polisi avtomobildə qanunsuz odlu silah aşkarlayıb (FOTO)

Hadisə Materials 30 Yanvar 2021 14:26 (UTC +04:00)
İsmayıllıda yol polisi avtomobildə qanunsuz odlu silah aşkarlayıb (FOTO)

Bakı. Trend:

İsmayıllı Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları “Mercedes” markalı avtomobildə qanunsuz odlu silahın olduğunu müəyyən ediblər.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Trend-ə verilən məlumata görə, sürücü, İsmayıllı rayon sakini İsmayıl Hacıyev təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün inspektor tərəfindən ona “saxla” əmri verilib. Yol polisi avtomobilə yaxınlaşdıqda oturacağın üzərində ov tüfənginin olduğunu görüb. Araşdırma zamanı həmin “TOZ-63” markalı odlu silahın müvafiq sənədlərinin olmadığı məlum olub. İ.Hacıyev barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunaraq baxılması üçün rayon məhkəməsinə göndərilib.

Həmçinin, Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən profilaktik tədbirlər nəticəsində rayonun Qalınçaq kənd sakini Saiq Qəribov “İJ-16” markalı ov tüfəngini könüllü olaraq polisə təhvil verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti