...

BNA avtoxuliqanlıq edən avtobus sürücüsü ilə bağlı açıqlama verdi

Hadisə Materials 5 Fevral 2021 09:14 (UTC +04:00)
BNA avtoxuliqanlıq edən avtobus sürücüsü ilə bağlı açıqlama verdi

Bakı. Samir Əli - Trend:

Bakı Nəqliyyat Agentliyi Sumqayıtda avtobus sürücüsünün avtoxuliqanlıq etməsi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.

Agentlikdən Trend-ə verilən məlumatda bildirilir ki. 04.02.2021 tarixində axşam saatlarında Sumqayıt şəhərində sərnişin avtobusunun sürücüsünün avtoxuliqanlıq etməsinə dair fakt qeydə alınıb: "Bəzi xəbər saytlarında və sosial şəbəkə hesablarında avtobusun Bakı Nəqliyyat Agentliyinə məxsus olması barədə həqiqətə uyğun olmayan informasiyalar yayılıb.

Məlumat üçün bildirik ki, avtoxuliqanlıq halı qeydə alınan nəqliyyat vasitəsi “Xaliq Faiqoğlu” MMC-yə aiddir. 10 TG 816 Dövlət Qeydiyyat Nişanlı avtobus 114 nömrəli müntəzən xətt üzrə istismardadır.

Hazırda fakt üzrə hərtərəfli araşdırma aparılır. Xətt üzrə daşıyıcı “Xaliq Faiqoğlu” MMC-nin məsul şəxsləri Agentliyə çağırılıb. Məsələ ilə bağlı ictimaiyyətə ətraflı məlumat veriləcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti