...

Borca görə axtarışda olan daha 21 nəfər saxlanılıb

Hadisə Materials 18 Fevral 2021 09:31 (UTC +04:00)
Borca görə axtarışda olan daha 21 nəfər saxlanılıb

Bakı. Samir Əli - Trend:

Fevralın 17-də respublikanın daxili işlər orqanları tərəfindən, gün ərzində törədilmiş 48 cinayətin üstü “isti izlər”lə açılıb.

DİN-in Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, gün ərzində əvvəlki dövrlərdən bağlı qalmış 9 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 35 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 21 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 28, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 56 nəfər saxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti