...

Kürdə batan şəxsin meyiti 36 gündən sonra tapıldı

Hadisə Materials 8 Mart 2021 14:10 (UTC +04:00)

Bakı. Ceyhun Ələkbərov - Trend:

Yanvarın 31-də Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olmuş zəng əsasında Kür çayının Mingəçevir şəhəri ərazisindən keçən hissəsində başlanan axtarış işləri yekunlaşıb.

FHN-dən Trend-ə verilən məlumata görə, axtarışda olan Yusifov Səfxan Aydın oğlunun meyiti bu gün günorta saatlarında FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən Kür çayında tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti