...

Qvineya körfəzində 6 ton kokain saxlanılıb

Hadisə Materials 23 Mart 2021 06:03 (UTC +04:00)
Qvineya körfəzində 6 ton kokain saxlanılıb

Bakı. Trend:

Fransa Hərbi Dəniz Qüvvələri Qvineya Körfəzində bir gəmidə 6 ton kokain aşkarlayıblar.

Trend-in TASS-a istinadən verdiyi məlumata görə, əməliyyat Fransa və Hollandiyanın kəşfiyyat xidmətləri tərəfindən əldə edilən məlumatlar əsasında 21 mart tarixində keçirilib. Fransız Donanmasının desant gəmisi "Dixmude" Sent-Kits və Nevis bayrağı altında üzən "Nijlan" yük gəmisini dayandırıb və gövdəsində 6 ton kokain aşkarlayıb.

Bildirilir ki, gəmi bir neçə gün əvvəl Cənubi Amerika limanlarının birindən yola düşüb və yol boyu xüsusi sidmət orqanlarının nəzarəti altında olub. Gəminin saxlanılması qərarı onun Afrika sahilləri yaxınlığında Qvineya körfəzindən keçdikdə verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti