...

Evdə məclis keçirənlər məsuliyyətə cəlb edilib (FOTO/VİDEO)

Hadisə Materials 31 Mart 2021 12:13 (UTC +04:00)

Bakı. Samir Əli - Trend:

Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən karantin rejimi qaydalarının pozulması hallarının qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlər zamanı Əliabad qəsəbəsindəki fərdi yaşayış evində yığıncaq təşkil olunduğu müəyyən edilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Trend-ə verilən məlumata görə, polislər tərəfindən həmin ünvana baxış keçirilən zaman sanitar-karantin qaydalarının pozulduğu aşkarlanıb və məclisi təşkil edən 5 nəfər barəsində qanunvericiliyə uyğun tədbir görülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti