...

Qubadlıda döyüş sursatları aşkar edilib (FOTO/VİDEO)

Hadisə Materials 3 Aprel 2021 12:09 (UTC +04:00)
Qubadlıda döyüş sursatları aşkar edilib (FOTO/VİDEO)

Bakı. Samir Əli - Trend:

İşğaldan azad edilmiş ərazilərdə polis əməkdaşları tərəfindən silah-sursatların aşkar edilməsi məqsədi ilə profilaktiki tədbirlər davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Trend-ə verilən məlumata görə, Qubadlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş növbəti belə tədbirlər zamanı rayonun işğaldan azad edilmiş ərazilərindəki Ermənistan silahlı birləşmələrinin tərk etdiyi hərbi mövqelərdən 6 müxtəlif növ əl qumbarası, 261 qumbaraatan mərmisi, 77 müxtəlif növ alışdırıcılar, 31 digər partlayıcı vasitələr və 13 819 müxtəlif çaplı güllələr aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Xəbər lenti

Xəbər lenti