...

Cəlilabadda avtoxuliqanlar saxlanılıb

Hadisə Materials 20 Aprel 2021 11:10 (UTC +04:00)
Cəlilabadda avtoxuliqanlar saxlanılıb

Bakı. Samir Əli - Trend:

Cəlilabad Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq piyadalara və digər yol hərəkəti iştirakçılarına ciddi təhlükə yaradan sürücülər saxlanılıb.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Trend-ə verilən məlumata görə, ayrı-ayrı vaxtlarda Cəlilabad rayon sakinləri T.Fətullayev sürücülük hüququ olmadan idarə etdiyi “Vaz 21011” markalı avtomobillə, İ.Abbasov isə “Vaz 2106” markalı avtomobillə rayon ərazisində digər nəqliyyat vasitələri və piyadalar üçün təhlükəli olan manevrlər və avtoxuliqanlıq hərəkətləri ediblər. İntizamsızlıq edən, yol hərəkəti qaydalarını kobud şəkildə pozan həmin sürücülər saxlanılaraq Rayon Polis Şöbəsinə gətirilib və barələrində tərtib olunmuş inzibati protokollar aidiyyatı üzrə baxılması üçün Cəlilabad Rayon Məhkəməsinə göndərilib.

Rayon Məhkəməsinin qərarı ilə hər iki şəxs sürücülük hüququ 1 il müddətində məhdudlaşdırılmaqla 500 manat məbləğində cərimə olunublar

Məqalədə:
Xəbər lenti

Xəbər lenti