...

Lənkəranda meyxanaçılar cərimələnib

Hadisə Materials 26 Aprel 2021 11:35 (UTC +04:00)
Lənkəranda meyxanaçılar cərimələnib

Bakı. Samir Əli - Trend:

Lənkəranda karantin qaydalarını pozanlar cərimələnib.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Trend-ə verilən məlumata görə, Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlərlə rayonun Darquba kəndində yerləşən “Armudluq” restoranında axşam saatlarında meyxana məclisinin keçirildiyi, Rvo kəndində yerləşən çayxananın isə gecə saat 00:00-dan sonra fəaliyyət göstərdiyi müəyyən edilib.

Polis əməkdaşları tərəfindən həmin obyektlərlə bağlı ümumilikdə 16 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə protokol tərtib edilib

Məqalədə:
Xəbər lenti

Xəbər lenti