...

Sabiq Maldiv prezidenti partlayış nəticəsində yaralanıb

Hadisə Materials 6 May 2021 22:54 (UTC +04:00)
Sabiq Maldiv prezidenti partlayış nəticəsində yaralanıb

Bakı. Trend:

Maldivlər Respublikasının keçmiş prezidenti, hazırda Xalq Məclisinin sədri Məhəmməd Naşid bu gün Maledə baş verən partlayış nəticəsində yaralanıb.

Trend-in məlumatına görə, bu barədə Maldiv polisi "Twitter" səhifəsində xəbər verib.

Xəbərdə deyilir: "Maleda baş verən partlayışdan sonra Xalq Məclisinin sədri Məhəmməd Naşid yaralanıb, hazırda xəstəxanada müalicə alır".

Polis vətəndaşları partlayışın baş verdiyi ərazidən çəkinməyə çağırıb.

Partlayışın eks-prezidentin evinin yaxınlığında baş verdiyi bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti