...

FHN Lənkərandakı qəza ilə bağlı məlumat yayıb

Hadisə Materials 16 May 2021 19:05 (UTC +04:00)
FHN Lənkərandakı qəza ilə bağlı məlumat yayıb

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyi (FHN) Lənkərandakı qəza ilə bağlı məlumat yayıb.

Nazirlikdən Trend-ə verilən xəbərə görə, FHN-in "112" qaynar telefon xəttinə Lənkəran şəhərində “Mercedes” markalı mikroavtobus və “ВАЗ” markalı minik avtomobilinin toqquşması barədə məlumat daxil olub.

Hadisə yerinə cəlb olunan Cənub Regional Mərkəzinin xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 1 nəfəri deformasiyaya uğrayan "Mercedes" markalı mikroavtobusdan çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti