...

Suda batan iki nəfərin meyiti tapılıb, ikisi axtarılır

Hadisə Materials 14 İyun 2021 12:28 (UTC +04:00)

Bakı. Samir Əli - Trend:

Suda batan iki nəfərin meyiti tapılıb, ikisi axtarılır.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Bakı şəhərinin Yasamal rayonu ərazisində yerləşən süni göldə batan 2006-cı il təvəllüdlü Novruzov Elşən İmdad oğlunun meyiti və Vəlvələçay-Taxtakörpü kanalında aşkarlanan naməlum kişi meyiti dalğıc-axtarış qrupu tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Kür çayının Şəmkir rayonunun Kür qəsəbəsindən keçən hissəsində 2 nəfərin batması ilə əlaqədar dalğıc-axtarış qrupu axtarış işlərini davam etdirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti