...

Bakıda restoran icarədarı 4000 manat cərimələndi

Hadisə Materials 16 İyun 2021 18:40 (UTC +04:00)
Bakıda restoran icarədarı 4000 manat cərimələndi

Bakı. Samir Əli - Trend:

Paytaxtın Səbail rayonunda xüsusi karantin rejim qaydalarına əməl etməyən “Port Wine Grill ” restoranın icarədarı barəsində qanunvericiliyə uyğun müvafiq tədbir görülüb.

Trend-in məlumatına görə, Səbail RPİ əməkdaşları tərəfindən keçirilən tədbirlərlə sanitariya-gigiyena və karantin rejim qaydalarını pozan restoranın icarədarına İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsilə (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) 4000 manat miqdarında inzibati tənbeh tədbiri tətbiq olunub.

Məlumatı DİN Mətbuat Xidmətindən Trend-ə təsdiqləyiblər.

Xəbər lenti

Xəbər lenti