...

Gəncədə yabanı halda bitən çətənə kolları məhv edilib (FOTO)

Hadisə Materials 23 İyun 2021 20:37 (UTC +04:00)
Gəncədə yabanı halda bitən çətənə kolları məhv edilib (FOTO)

Bakı. Samir Əli - Trend:

Gəncə şəhər Baş Polis İdarəsinin Kəpəz rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayonun Natavan 2 qəsəbəsi ərazisində yabanı halda bitən narkotik tərkibli çətənə kolları aşkar edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Trend-ə verilən məlumata görə, ümumi çəkisi 1320 kiloqramdan artıq olan, 2676 ədəd çətənə kolları kökündən çıxarılıb və yandırılaraq məhv edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti