...

Bakıda Neyrocərrahiyyə Xəstəxanasında yanğın olub

Hadisə Materials 7 İyul 2021 18:19 (UTC +04:00)
Bakıda Neyrocərrahiyyə Xəstəxanasında yanğın olub

Bakı. Samir Əli - Trend:

Bu gün saat 17:43-də Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Xətai rayonunda yerləşən Respublika Neyrocərrahiyyə Xəstəxanasının həyətyanı ərazisində yanğın olması barədə məlumat daxil olub.

Trend xəbər verir ki, məlumat daxil olduqdan dərhal sonra FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğınsöndürmə işlərinə cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi nəticəsində yanğının genişlənməsinin qarşısı alınıb, yanğın saat 17:52-də söndürülüb.

İlkin məlumata əsasən, xəstəxananın həyətyanı ərazisində karton və taxta tullantıları təqribən 10 kv.m sahədə yanıb. Xəstəxana binası yanğından mühafizə olunub.

Respublika Neyrocərrahiyyə Xəstəxanasından da bildirilb ki, yanğın Xəstəxananın həyətində baş verib. Yanğınsöndürənlərin müdaxiləsi ilə alovun qarşısı alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti