...

Tayvanda silsilə zəlzələlər baş verib

Hadisə Materials 8 İyul 2021 04:41 (UTC +04:00)
Tayvanda silsilə zəlzələlər baş verib

Bakı. Trend:

Tayvanın şərqində 5,4 maqnitudasında zəlzələ olub.

Trend-in TASS-a istinadən verdiyi məlumata görə, bu barədə adanın seysmoloji xidməti məlumat yayıb.

Zəlzələlərin episentri Hualan şəhərindən 11,4 km məsafədə, ocağı isə 9,6 km dərinlikdə yerləşib.

Qeyd edilir ki, ötən gün eyni ərazidə anoloji maqnitudada baş verən zəlzələdən sonra 10-dan çox yeraltı təkan qeydə alınıb.

İtki və dağıntı barədə məlumat verilməyib.

Xatırladaq ki, 23 milyon əhalisi olan Tayvan adası Şərqi Asiyanın seysmik aktiv zonasında yerləşir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti