...

Qubada qanunsuz toy mərasimi aşkarlanıb (FOTO)

Hadisə Materials 19 İyul 2021 12:37 (UTC +04:00)
Qubada  qanunsuz toy mərasimi aşkarlanıb (FOTO)

Bakı. Samir Əli - Trend:

Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə “Çənlibel” restoranında adı rəsmi portalda qeydiyyatda olmayan və karantin rejim qaydalarının pozulması ilə müşahidə olan toy mərasiminin keçirilməsi müəyyən edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, obyektin sahibinə əvvəlcədən edilən xəbərdarlığa baxmayaraq, onun insanların kütləvi iştirakı ilə müşahidə edilən toy mərasimi təşkil etdiyi aşkarlanıb.

Rayon Polis Şöbəsi əməkdaşları qeyd olunan restoranda qanunvericiliyin tələblərinə müvafiq olaraq restoranın sahibi barədə inzibati protokol tərtib edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti