...

Balakəndə karantin qaydalarını pozan toy sahibləri cərimələnib (FOTO/VİDEO)

Hadisə Materials 27 İyul 2021 13:33 (UTC +04:00)
Balakəndə karantin qaydalarını pozan toy sahibləri cərimələnib (FOTO/VİDEO)

Bakı. Trend:

Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Mahamalar və Tülü kəndi ərazisində yerləşən fərdi yaşayış evlərində təşkil edilən toy mərasimlərində karantin qaydalarının pozulduğu aşkarlanıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Trend-ə verilən məlumata görə, polis əməkdaşları tərəfindən həmin ünvanlara baxış keçirilən zaman mərasimlərdə iştirak edən qonaqların müəyyən edilən say həddindən artıq olduğu aşkarlanıb.

Aşkarlanmış qayda pozuntuları ilə bağlı toy sahibləri inzibati məsuliyyətə cəlb edilib və onların hər biri 400 manat cərimələnib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti