...

Avtomobilin hava balonlarında külli miqdarda qanunsuz siqaret aşkarlandı (FOTO)

Hadisə Materials 13 Avqust 2021 13:47 (UTC +04:00)
Avtomobilin hava balonlarında külli miqdarda qanunsuz siqaret aşkarlandı (FOTO)

Bakı. Çingiz Səfərli - Trend:

Ölkəyə qanunsuz şəkildə külli miqdarda siqaret keçirilməsinin qarşısı alınıb.

Bu barədə Trend-ə Dövlət Gömrük Komitəsindən bildirilib.

Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "Scania" markalı yük nəqliyyat vasitəsi saxlanılıb və sürücü şifahi sorğu-sual olunub.

Sorğu-sual zamanı sürücü idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı bir predmetin olmadığını bildirib.

Lakin, yoxlama zamanı yük nəqliyyat vasitəsinin hava balonlarının içərisində 10 200 ədəd "Marlboro Touch" markalı siqaret aşkar edilib.

Twitter:@cingizsafarli

Məqalədə:
Xəbər lenti

Xəbər lenti