...

Cəlilabadda 15 gün ərzində 12 koronavirus xəstəsi barəsində cinayət işi başlanılıb

Hadisə Materials 25 Avqust 2021 11:24 (UTC +04:00)
Cəlilabadda 15 gün ərzində 12 koronavirus xəstəsi barəsində cinayət işi başlanılıb

Bakı. Samir Əli - Trend:

Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi müvafiq yoxlamalar zamanı yaşayış yerini tərk edən aktiv koronavirus infeksiyası daşıyıcısı aşkarlanıb.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Trend-ə verilən məlumata görə, Cəlilabad rayon sakini T.Əliyarlıya COVID-19 infeksiyası testinin pozitiv nəticəsinə görə ev şəraitində müalicə təyin edilib.

Lakin polis əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə həmin şəxsin karantin qaydalarını kobud şəkildə pozaraq yaşayış yerini tərk etdiyi müəyyən edilib və o, tibbi prosedurlar gözlənilməklə yaşadığı ünvana qaytarılıb

Onun barəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanıb

Qeyd edək ki, son 15 gün ərzində Cəlilabad rayonu ərazisində karantin rejim qaydalarını kobud şəkildə pozub yaşayış yerini tərk edərək ictimai yerlərdə aşkarlanan 12 şəxs barəsində cinayət işi başlanılıb.

Twitter: @GuleliyevSamir

Məqalədə:
Xəbər lenti

Xəbər lenti