...

Ötən gün ölkədə 64 yanğın olub

Hadisə Materials 2 Sentyabr 2021 11:40 (UTC +04:00)
Ötən gün ölkədə 64 yanğın olub

Bakı. Samir Əli - Trend:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 64 yanğına çıxış, 5 halda köməksiz vəziyyətdə qalma və 1 intihara cəhd faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, ötən sutka ərzində 8 nəfər, o cümlədən dənizdə çimərlik ərazisində batma təhlükəsi olan 2 nəfər, Bakı şəhərinin Nəsimi rayonunda intihara cəhd edən 1 nəfər xilas edilib.

Həmçinin, Nazirliyin dalğıc-axtarış qrupu Yuxarı Qarabağ kanalının Ağcabədi rayonu, Salmanbəyli kəndi ərazisindən keçən hissəsində batmış 1 nəfərin axtarış işlərinə cəlb olunub.

Twitter: @GuleliyevSamir

Məqalədə:
Xəbər lenti

Xəbər lenti