...

Siyəzəndə 10 kiloqrama yaxın narkotik vasitə aşkarlandı

Hadisə Materials 6 Sentyabr 2021 10:43 (UTC +04:00)
Siyəzəndə 10 kiloqrama yaxın narkotik vasitə aşkarlandı

Bakı. Trend:

Siyəzəndə narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxs saxlanılıb.

Siyəzən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və kultivasiyasına qarşı əməliyyat keçirilib.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Trend-ə verilən məlumata görə, verilən rayon ərazisində narkotik tərkibli bitkilərin becərilməsi barədə Polis Şöbəsinə əməliyyat məlumatı daxil olub. Keçirilən tədbir nəticəsində orada çətənə kollarının kultivasiyası ilə məşğul olan şəxsin rayon sakini Sərvər Mirzəyev olduğu müəyyən edilib və o, şübhəli şəxs qismində saxlanılıb.Ona məxsus həmin torpaq sahəsinə baxış keçirilən zaman aqrotexniki qulluq göstərilmiş, ümumi çəkisi 10 kiloqrama yaxın olan çətənə (kannabis) bitkisi aşkar olunaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı Siyəzən Rayon Polis Şöbəsində araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti