...

Masallıda 1 nəfər özünü su quyusuna atıb

Hadisə Materials 9 Sentyabr 2021 22:13 (UTC +04:00)
Masallıda 1 nəfər özünü su quyusuna atıb

Bakı. Trend:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Masallı rayonunun Mahmudavar kəndində 1 nəfərin özünü su quyusuna atması barədə məlumat daxil olub.

Trend-in Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən verdiyi xəbərə görə, məlumatla əlaqədar FHN-nin ən yaxın xilasetmə qüvvələri - Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri köməyə cəlb olunub.

Həyata keçirilən tədbirlər nəticəsində 1968-ci il təvəllüdlü Qüdrətov İnqilab Eynəli oğlunun meyiti dərinliyi təqribən 13 metr olan quyudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti