...

Qubada ağır cinayətin üstü açılıb

Hadisə Materials 10 Sentyabr 2021 16:45 (UTC +04:00)
Qubada ağır cinayətin üstü açılıb

Bakı. Trend:

Quba RPŞ əməkdaşlarının həyata keçirdikləri istintaq-əməliyyat tədbirləri nəticəsində ağır cinayətin açılması təmin olunub, həmin cinayəti törətməkdə şübhəli bilinən Şöhrət Mürsəliyev saxlanılaraq istintaqa təhvil verilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupunun baş inspektoru, polis leytenantı Xəyal Talıbovun Trend-ə bildirdiyinə görə, avqustun 23-də Quba rayon sakini Zeydulla Əzizov müxtəlif xəsarətlərlə Qusar rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, avqustun 30-da isə həkimlərin səylərinə baxmayaraq, vəfat edib.

Aparılan tədbirlərlə Z.Mustafayevlə aralarında yaranmış münaqişə zəminində ona çoxsaylı bədən xəsarətləri yetirmiş Ş.Mürsəliyev saxlanılıb.

Hazırda cinayət işi üzrə istintaq aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti