...

Bakı sakini Qubada narkotiklə yaxalandı

Hadisə Materials 13 Sentyabr 2021 10:24 (UTC +04:00)
Bakı sakini Qubada narkotiklə yaxalandı

Bakı. Fərid Zöhrabov -Trend:

Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Trend-ə verilən məlumata görə, RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı Bakı şəhəri sakini Orxan Əliyev saxlanılıb. Həmin şəxsin üzərinə baxış keçirilən zaman “patı”, “şüşə” adlanan narkotik tərkibli metamfetamin və güclü təsiredici maddə preqabalin aşkar olunaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı istintaq aparılır

Məqalədə:
Xəbər lenti

Xəbər lenti