Bakı. Trend:
Meksikanın mərkəzində eyni adlı əyalətin paytaxtı Sakatekas şəhərində cinayətkarlar dörd polis işçisini güllələyiblər.
Trend "Ren.tv"yə istinadən xəbər verir ki, ştatın ictimai təhlükəsizlik idarəsi "Twitter"ində bu barədə paylaşım edib: "Xaincəsinə hücumdan sonra işçilərin ölümünə görə dərin hüznlə başsağlığı veririk ...".
Bildirilir ki, polislər uşaqlar arasında turnirinin keçirildiyi futbol meydançasının yaxınlığında öldürülüb.
Qeyd edilir ki, ilin əvvəlindən indiyədək Sakatekasda 900-ə yaxın sakin zorakılıq qurbanı oldu. Milli statistika və coğrafiya institutu iyun ayında ştatın ən böyük şəhəri Fresnilyoda sorğu keçirərək, yaşayanların böyük əksəriyyətinin (95 faizdən çox) özlərini təhlükəsiz hiss etmədiklərini aşkar edib.