...

Binəqədi rayonunda yaşayış evində baş verən yanğın söndürülüb (ƏLAVƏ OLUNUB)

Hadisə Materials 29 Oktyabr 2021 01:30 (UTC +04:00)
Binəqədi rayonunda yaşayış evində baş verən yanğın söndürülüb (ƏLAVƏ OLUNUB)

Bakı. Trend:

Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində fərdi evdə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Nazirlikdən Trend-ə verilən xəbərə görə, yanğın zamanı ölən və xəsarət alan olmayıb.

XXX

00:10

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində fərdi yaşayış evində yanğın olması barədə məlumat daxil olub.

Nazirlikdən Trend-ə verilən xəbərə görə, məlumat qəbul ediləndən dərhal sonra FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğın baş verdiyi ünvana cəlb olunub.

Hal-hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti