...

Sabunçuda yaşayış evində yanğın olub

Hadisə Materials 11 Noyabr 2021 08:51 (UTC +04:00)
Sabunçuda yaşayış evində yanğın olub

Bakı. Trend:

Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 140 m² olan bir dam altında tikilən 3 ailənin yaşadığı evlərdən sahəsi 50 m² olan evin yanar konstruksiyaları və dam örtüyü, sahəsi 50 m² olan evin tavanı 20 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, evin qalan hissəsi və bitişik evlər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti