...

ABŞ-da məktəbdə atışma nəticəsində xəsarət alanların sayı 8-ə çatıb

Hadisə Materials 1 Dekabr 2021 04:33 (UTC +04:00)
ABŞ-da məktəbdə atışma nəticəsində xəsarət alanların sayı 8-ə çatıb

Bakı. Trend:

ABŞ-ın Miçiqan ştatının Oksford şəhərində məktəbdə baş verən atışma nəticəsində 8 nəfər yaralanıb.

Trend-in məlumatına görə, bu barədə yerli polis idarəsinin nümayəndəsi mətbuat konfransında bildirib.

O qeyd edib: "[Hadisənin] müxtəlif mərhələlərində yaralanan səkkiz nəfərimiz var, onlar üç müxtəlif xəstəxanadadırlar".

Hüquq-mühafizə orqanlarının nümayəndəsi əlavə edib ki, yaralılardan ikisi hazırda cərrahların köməyini alır, daha altısının vəziyyəti stabil qiymətləndirilir. Ölənlərin sayı dəyişməz olaraq qalır - atışmanın qurbanları 14-17 yaş arası üç yeniyetmədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti