...

Balakəndə meşələri məhv edən şəxs saxlanılıb (FOTO/VİDEO)

Hadisə Materials 2 Dekabr 2021 09:19 (UTC +04:00)
Balakəndə meşələri məhv edən şəxs saxlanılıb (FOTO/VİDEO)

Bakı. Trend:

Balakən rayonu İtitala kəndi ərazisində vələs ağaclarının naməlum şəxs və yaxud şəxslər tərəfindən qanunsuz olaraq kəsilməsi barədə Polis Şöbəsinə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Trend-ə verilən məlumata görə, daxil olmuş məlumatla əlaqədar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində təbiətə külli miqdarda ziyan vurmaqda şübhəli bilinən Aftandil Ramazanov qısa müddət ərzində müəyyən edilərək saxlanılıb. Kəsdiyi ağacların bir hissəsi isə doğranmış vəziyyətdə onun istifadəsində olan avtomobilin yük yerində aşkarlanıb.

Faktla bağlı Balakən Rayon Polis Şöbəsində araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti