...

Evi tərk edən koronavirus xəstəsi küçədə saxlanıldı

Hadisə Materials 3 Dekabr 2021 16:40 (UTC +04:00)
Evi tərk edən koronavirus xəstəsi küçədə saxlanıldı

Bakı. Samir Əli - Trend:

Şabran rayonunda yaşadığı ünvanı tərk edən koronavirus xəstəsi aşkarlanıb.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Trend-ə verilən məlumata görə, Şabran rayon sakini Nicat Quliyev COVID-19 testnin nəticəsi pozitiv olduğu üçün ev şəraitində müalicə təyin edilməsinə baxmayaraq yaşadığı ünvanı tərk etdiyi müəyyən olunub. Rayon Polis Şöbəsinin əməkdaşları həmin şəxslə profilaktik söhbətlər aparıb və yaşadığı ünvana geri qaytarılıb.

Faktla bağlı RPŞ-də araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti