...

Qanunsuz ov edənlər saxlanılıblar (FOTO)

Hadisə Materials 22 Dekabr 2021 13:37 (UTC +04:00)
Qanunsuz ov edənlər saxlanılıblar (FOTO)

Bakı. Trend:

Laçın Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində Ağcabədi rayonunun Taxtakörpü qəsəbəsi ərazisində qanunsuz ov edən şəxslər saxlanılıblar.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Trend-ə verilən məlumata görə, Laçın RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş tədbirlərlə qanunsuz ov edən Ağcabədi rayon sakinləri Tərlan Xəlilov, Rauf Əhmədov və Osman Hacıyev saxlanılıblar. Həmin şəxslərdən 3 ov tüfəngi, patronlar və ovladıqları çöl quşları aşkar edilib.

Faktla bağlı Laçın RPŞ-də araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti